Bakıda icra başçısının köməkçisi öldü

ÖLKƏ
18:18 / 05.05.2026
38

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Nazim Hüseynalı oğlu Fətullayev vəfat edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o bu gün səhər saatlarında dünyasını dəyişib.

Onun hansı səbəbdən vəfat etməsi məlum deyil.

Qeyd edək ki, N.Fətullayev uzun illər Suraxanı İcra Hakimiyyətində müxtəlif məsul vəzifələrdə çalışıb. O, birinci dərəcəli dövlət qulluqçusu idi.

0