Terapevt-uroloq Adil Qubadov vəfat edib.
Oxu.Az-ın məlumatına görə, o, dünən vəfat edib.
Onun hansı səbəbdən vəfat etməsi məlum deyil.
Qeyd edək ki, A.Qubadov 1955-ci il iyulun 3-də Lerikin Rvarud kəndində anadan olub. O, 1972-79-cu illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb. O, Bakıda yerləşən özəl klinikalardan birində beyin qan dövranının bərpası, miqren, onurğa yırtıqları, ozonoterapiya, plazmafarez və hicama metodu ilə müalicə həyata keçirməsi ilə tanınıb.


