Bu, 2016-nın aprel ayı deyil, klassik müharibədir - Ermənilər təşvişdə

09:08 / 28.09.2020
1304

“Dağlıq Qarabağda genişmiqyaslı müharibə gedir, erməni tərəfi xeyli mövqelərini itirib”.

Bunu qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti lideri Arayik Arutyunyan brifinq zamanı deyib. Onun sözlərinə görə, bu hələ indiyədək baş verməmiş genişmiqyaslı müharibədir. Bütün təmas xətti boyunca – Ömərdən Araksa qədər uzanır.

“Bu, 2016-cı ilin aprel ayı deyil, Tavuş hadisələri deyil. Bu, klassik bir müharibədir”. Arutyunyan qeyd edib ki, Azərbaycan bütün cəbhə boyu infrastrukturu məqsədyönlü şəkildə bombalayır; yüzlərlə tankı cəbhə xəttindədir. Stepanakertdə son dövrlərdə Türkiyə və Azərbaycanın siyasətini izlədikləri üçün burada hərbi əməliyyat gözlənilirdi.

“Talış istiqamətində və cənubda itirilmiş mövqelər var, onlarla ölü, onlarla yaralı var”. O, mülki əhali arasında öldürülənlər də daxil olmaqla onlarla qurbanın olduğunu vurğulayıb. 

0
Yenisabah.az