Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijor təyin olundu

MƏDƏNİYYƏT
15:50 / 13.05.2023
854

Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijoru təyin edilib.

HİT.az xəbər verir ki, müvafiq sərəmcamla təyinat alan Fuad İbrahimov bu vəzifədə Xalq artisti Rauf Abdullayevi əvəz edib.

Qeyd edək ki, F.İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra”nın baş dirijoru olub.

F.İbrahimov Parisdə “Radio France”, “France musique”, “L'orchestre philharmonique” və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.

Dirijor kimi dünyanın bir sıra tanınmış konsert salonlarında çıxış edib. 2022-ci ildə Prezident mükafatına layiq görülüb, Azərbaycan Respublikasının Əməkdar artistidir.

0