Ramiz Novruzun xatirəsi yad ediləcək

16:50 / 21.05.2024
875

Mayın 25 də Azərbaycan Dövlət Akademik Teatrında "Filumena Marturano"tamaşası oynanılacaq.

Teatrdan Hit.az-a verilən məlumata görə tamaşa Xalq artisti Ramiz Novruzun xatirəsinə həsr olunub.

Belə ki, mərhum aktyor bu tamaşada baş rolda oynayırdı və ömrününün son ilində bu əsərdə oynamaq üçün çox cəhd edib.

O məşqləri başa çatdırdıqdan sonra bu tamaşada cəmi 2 dəfə səhnəyə çıxa bilib.

Tamaşada onu indi Xalq artisti Sabir Məmmədov əvəz edəcək.

Cavidan Novruz atasının xatirəsini əziz tutduqları üçün teatr kollektivinə minnətdarlığını bildirib.

Qeyd edək ki, o bir müddət öncə atasının baş rolda oynadığı tamaşanı başqa aktyorun ifası ilə təqdim etdiklərinə görə incidiyini dilə gətirmişdi.

Murad

0