Rusiya sülhməramlılarının komandanlığı Şuşa-Xankəndi yolu ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirir.
Hit.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatında deyilir.
Şuşa, Ağdərə və Xocəvənd rayonlarında üç marşrut üzrə patrul xidməti həyata keçirilib.
Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir pozuntu qeydə alınmayıb.
Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.