Cənubi Koreyanın nəhəng avtomobil istehsalçısı "Hyundai" ucuz elektromobil istehsal etmək üçün hərəkətə keçib.
Hit.az xəbər verir ki, şirkət enerji sıxlığı 300 Wh/kq-a çatan yeni nəsil LFP batareyalarını inkişaf etdirməyi planlaşdırır.
"Hyundai" "IONIQ 5" və "6" kimi modellərinin səmərəliliyi və sərfəliliyi ilə diqqət çəkir. İndi isə şirkət yeni nəsil batareya texnologiyaları ilə rəqiblərini geridə qoymağı hədəfləyir. Bildirilib ki, "Hyundai" 2025-ci ilə qədər enerji sıxlığını 300 Wh/kq-a çatdırmağı qarşısına məqsəd qoyub. Bununla da şirkət Çindən asılılığını azaltmağa çalışır.
Beləliklə də, daha ucuz qiymətə elektromobillər satışa çıxarılacaq. Çünki yeni batereyalar sayəsində avtomobillərin istehsal xərci də aşağı düşəcək. "Hyundai" Bu addımla bazar payını artırmağa və satışlarını yüksəltməyə çalışır.
Pərviz