Paşinyana daha bir zərbə - Erməni nazir 14 yaşlı yeniyetməni...

DÜNYA
14:15 / 17.06.2021
3380

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri vəzifəsini icra edən Suren Papikyana məxsus avtomobil ağır yol qəzası törədib. 

HİT.Az erməni KİV-inə istinadən xəbər verir ki, iyunun 16-da “Toyota Land Cruiser” markalı 36 RO 720 dövlət nömrə nişanlı avtomobil “Niva” markalı maşınla toqquşub. Nəticədə “Niva”da olan 14 yaşlı yeniyetmə ağır xəsarət alıb. Həkimlər onun vəziyyətinin çox ağır olduğunu bildirir.

Araşdırmalar nəticəsində məlum olub ki, “Toyota Land Cruieser” markalı avtomobil Suren Papikyana məxsusdur. Qəzaya səbəb “Toyota”nın yüksək sürətlə hərəkət etməsi olub. Erməni mediası iddia edir ki, olay zamanı Suren Papikyan da avtomobildə olub. 

Ermənistan hökuməti ciddi-cəhdlə hadisəni ört-basdır etməyə çalışır. Çünki seçki ərəfəsində belə bir olayın baş verməsi Nikol Paşinyan və komandasının əleyhinə işləyə bilər. Lakin artıq olay ictimailəşdirilib. Hökumət isə hələ ki, erməni mediasının yazdıqlarına reaksiya verməyib.

VÜQAR

0