Gürcüstan: "Müxalifət maliyyə mənbələrini gizlədir"

DÜNYA
20:57 / 27.08.2024
145

"Gürcüstanın bəzi müxalifət partiyaları maliyyə mənbələrini qismən və ya tamamilə gizlədirlər". 

HİT.az xəbər verir ki, bunu Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəhbəri Rajden Kupraşvili deyib.

"Siyasi partiyalar, xüsusən Avropa Gürcüstanı-Azadlıq Hərəkatı, Avropaya Bəli-Ağmaşenebeli Strategiyası, Vahid Milli Hərəkat və s. maliyyələşməni qismən və ya tam açıqlamırlar", deyə Kupraşvili qeyd edib.

Bununla əlaqədar olaraq, büro bu partiyaların xaricdən pul ala biləcəyini və siyasi prosesin belə sxem üzrə maliyyələşdirilməsinin ədalətli seçki prosesi üçün təhlükə yaratdığını təklif edib.

Samir

0