Solingendəki terrordan sonra Şolts hökuməti müxalifətlə məxfi danışıqlara başlayır

18:27 / 28.08.2024
146

Almaniyanın Solingen şəhərində suriyalı qaçqının yoldan keçənlərə hücumundan sonra kansler Olaf Şolts müxalif CDU/CSU bloku ilə danışıqlara başladığını elan edib. 

HİT.az "Bild"ə istinadən xəbər verir ki, Almaniya hökumətinin başçısı daxili işlər naziri Nensi Feserin tezliklə ən böyük müxalifət partiyasının və maraqlı federal nazirliklərin nümayəndələrini məxfi danışıqlara dəvət edəcəyini bildirib.

Bundan əvvəl parlament müxalifətinin lideri Fridrix Merz Şoltsla görüşü zamanı kanslerə Almaniyada sığınacaq sistemində birgə islahatlar aparmağı və qeyri-qanuni miqrasiyanın səviyyəsini azaltmağı təklif etmişdi. İlk növbədə, söhbət qeyri-qanuni miqrantların Almaniya sərhədlərində ardıcıl olaraq qovulmasından gedir.

Merz özünün "sığınacaq müqaviləsi" ilə kansleri qanuna dəyişiklik etməyə məcbur etmək istəyir - hətta lazım gələrsə, FDP və Yaşıllar olmadan, yəni əslində hakim koalisiyanın dağılması yolu ilə.

Şolts özü Merzin təkliflərinə təmkinlə reaksiya verib, Yaşıllar isə parlament müxalifətinin liderinin təşəbbüsünü rədd edərək, onu problemlər qızışdırmaqda ittiham ediblər.

Samir
 

0