Macarıstan ABŞ və Avropanı sülh təşəbbüslərindən yayınmaqda ittiham etdi

DÜNYA
21:38 / 04.09.2024
147

Macarıstanın baş nazirinin müşaviri Balaş Orban ABŞ və Avropa ölkələrini Ukraynadakı münaqişənin sülh yolu ilə həlli təşəbbüslərində iştirakdan yayınmaqda ittiham edib. 

HİT.az verir ki, o, bu barədə onun "Mandiner" jurnalındakı məqaləsində yazıb.

Balaş Orban Qərb liderlərinin münaqişənin həlli üçün “mənalı addımlar”dan niyə çəkindiyinə təəccübləndiyini bildirib. Onun fikrincə, Ukraynanın müttəfiqləri bu siyasəti davam etdirsələr, hərbi əməliyyatların eskalasiyası artacaq.

“Macarıstan hökuməti əmindir ki, hərbi əməliyyatların dayandırılması və sülhün tezliklə bağlanması həm Avropanın, həm də Macarıstanın maraqlarına uyğundur”, deyə Balaş Orban qeyd edib.

Macarıstan baş nazirinin müşaviri hesab edir ki, danışıqlar hətta sülhə nail olmaq üçün “konkret plan” olmadan da başlaya bilər.

Samir

0