Niger ordusu uran mədəninə nəzarəti ələ keçirdi

DÜNYA
17:38 / 04.12.2024
51

Fransanın uran mədən şirkəti "Orano" bu gün bildirib ki, Niger hərbi hakimiyyəti "Somair" müştərək müəssisəsi tərəfindən idarə olunan mədənə nəzarəti ələ keçirib. 

HİT.az xəbər verir ki, bu birgə müəssisə "Orano" (63%) və Niger hökuməti (37%) tərəfindən yaradılın. 

Dünəndən etibarən "Somair" üzərində nəzarət tamamilə ölkənin hərbi hakimiyyət orqanlarına keçib. Fransız şirkəti Niger hökuməti ilə dialoq yolu ilə öz hüquqlarını müdafiə etmək niyyətində olduğunu bildirib.

2023-cü ilin yayında Nigerdə ​​hərbi çevriliş baş verdi, bundan sonra ölkə hakimiyyəti Qərb ölkələri, o cümlədən Fransa ilə münasibətləri məhdudlaşdırmağa başlayıb. Fransanın bu ölkədəki səfirliyi yanvar ayından bağlanıb.

Niger də Avropa İttifaqı ilə iki müdafiə sazişindən imtina etdi və noyabrın sonunda Avropa İttifaqı öz səfirini ölkədən geri çağırıb.

Samir

0