Ağlamaq müsabiqəsində qalib oldu, 150 dollar qazandı

DÜNYA
23:11 / 07.02.2025
46

Malayziyada bir kişi ağlamaq yarışmasında qalib gələrək pul qazanıb.

Hit.az bu barədə "New Straight Times”a xəbər verir.

Qeyri-adi ağlama yarışması 150 dollarlıq baş mükafatı Vakaf Baru adlı şəxsin qazanması ilə başa çatıb.

Müsabiqənin final mərhələsində kişi ağlamaq sənətində öz məharətini nümayiş etdirərək digər üç iştirakçını qabaqlayıb. 

Tədbirin təşkilatçısı Məhəmməd Nur Amin Çe Nor Asri bildirib ki, müsabiqə 25 nəfərin iştirak etdiyi ilkin mərhələlərlə başlayıb, lakin yalnız dörd nəfər finala vəsiqə qazanıb.

Təşkilatçı etiraf edib ki, tədbir ətrafında belə həyəcan gözləmirmiş. Müsabiqənin sosial şəbəkələrdə yayımlanan videosu bir milyona yaxın baxış toplayıb.

Onun sözlərinə görə, belə bir yarışma həyata parlaqlıq qatmaq və komandasının keçirdiyi tədbirlərə dəstək olan tamaşaçılara təşəkkür etmək məqsədilə təşkil edilib.

Samir

0