Tanınmış müğənninin adına restoran açıldı

MAQAZİN
18:28 / 03.10.2024
513

“Bundan sonra məni sevənlər adım verilmiş restorana gəlib, səsimi dinləyə biləcəklər. Mənim öz dinləyici kütləm var. Necə ki, bir zamanlar öz oxucu kütləm var idi. Səsimin sorağına Küveytdən, Türkiyədən, Ərəbistandan gələn qonaqlar var. Mən dinləyicisinə hörmət edən müğənniyəm”.

Bu fikirləri Hit.az-a müğənni Məcid Şamiloğlu səsləndirib.

O qeyd edib ki, Azərbaycanlı müasir müğənnilərdən Nəzakət Teymurova, Aygün Bəyləri dinləməyi sevir:

“Savadlı musiqini dinləmək lazımdır. Zövq korlayan, özünə sənətkar deyən çoxları at oynadır meydanda. Amma  hər izləyici savadlı musiqini həvəslə dinləyir. Yetər ki, onu istedadlı insan təqdim eləsin”,- deyə müğənni bildirib. 

Hər zaman türk sənət musiqisindən nümunələr təqdim etməsi ilə məşhur olan Məcid Şamiloğlu bildirib ki, onun adına yazılmış şəxsi mahnsısı yoxdur:

“Repertuarımda 2500 mahnı var. 5 mindən çox mahnını əzbər bilirəm. Öz şəxsi mahnım yoxdur”- deyə o vurğulayıb.

Murad

0