50 yaşdan aşağı şəxslərin nəzərinə: Yuxusuzluq insult ehtimalını 4 dəfə artırır

MARAQLI
10:30 / 10.07.2023
425

İnsan sağlamlığı üçün ən təməl elementlərdən biri olan yuxunun böyük əhəmiyyəti var. Mütəxəssislərin fikrincə, yuxu pozğunluğu xüsusilə 50 yaşdan aşağı şəxslərdə insult keçirmə ehtimalını 4 dəfə artırır.

HİT.az xəbər verir ki, yuxusuzluğun insult riskini artırdığına dair aparılan araşdırma barədə danışan Trakya Universiteti Tibb Fakültəsi Fiziologiya Bölümünün başçısı Prof. Dr. Levent Öztürk yuxusuzluğu olanların mütləq mütəxəssisə müraciət etməli olduğunu bildirib.

İnsult riskinin artması ilə bağlı araşdırma aparıldığını bildirən Levent Öztürk, nevrologiya jurnalında dərc edilən araşdırmaya görə, bunun orta hesabla 9 il izlənilən 30 mindən çox könüllü üzərində edildiyini bildirib.

Bu araşdırmanın yuxu problemləri, gec yuxuya getmə problemləri və bərpa olunmayan yuxunun 50 yaşın altındakı fərdlərdə insult riskini 4 dəfə artırdığını göstərdiyini deyəm professor bunun da çox əhəmiyyətli olduğunu qeyd edib.

Narahat olmağa ehtiyac olmadığını, ancaq bu cür yuxu problemlərinin ciddiyə alınmasının vacibliyini vurğulayan Levent Öztürk "Hər şeydən əvvəl yuxu gigiyenasını gözdən keçirmək lazımdır. Əgər düzəldilə bilən şeylər varsa, düzəldilməlidir. Ancaq problemlər davam edərsə, yuxu mütəxəssisinə müraciət etməkdə fayda var. Çünki bu vəziyyətin ömrü qısaltma riski var", deyib.

Samir

1