Alimlər yarasaların xərçəngdən necə qorunduğunu kəşf etdi

MARAQLI
23:36 / 20.09.2023
730

Nyu-Yorkdakı Cold Spring Harbor Laboratoriyasının Simons Kəmiyyət Biologiya Mərkəzindən olan amerikalı tədqiqatçılar yarasaların xərçəngə qarşı faktiki olaraq toxunulmaz qalmağı və güclü immun sistemini qorumağı necə bacardığını aşkar ediblər. 

HİT.az xəbər verir ki, bu barədə “Genome Biology and Evolution” elmi jurnalında dərc olunan məqalədə deyilir.

Yarasalar məməlilər arasında təkcə uçmaq qabiliyyətinə görə deyil, həm də uzun ömür sürmələrinə, xərçəngə yoluxma hallarının azlığına və virus infeksiyalarına tab gətirməyə imkan verən güclü immun sisteminə görə müstəsna sayılırlar.

Yarasaların sağlamlığının mahiyyətini anlamaq üçün bioloqlar Yamayka yarasasının və bığlı yarasanın genomlarını ardıcıllıqla sıralayıb, sonra onların genlərini qohumlarının və digər heyvanların genləri ilə müqayisə ediblər.

Tədqiqatçılar yarasalarda DNT təmiri ilə əlaqəli altı zülalda, həmçinin xərçənglə əlaqəli və şiş inkişafının qarşısını alan 46 zülalda genetik uyğunlaşma aşkar ediblər. Alimlər yarasalarda xərçəng əleyhinə zülalların digər məməlilərə nisbətən iki dəfə zəngin olduğunu müəyyənləşdiriblər.

Məqalənin müəllifi, doktor Armin Şebenin fikrincə, yarasaların biologiyasını anlamaq insanlarda xərçəng xəstəliyini daha effektiv müalicə etməyə imkan verəcək.

Samir

0