Makaron bişirərkən bunu edirsiniz?

MARAQLI
21:27 / 20.05.2024
861

Makaron insanların əksəriyyəti tərəfindən çox sevilən yeməklərdən biridir.

Hit.az bildirir ki, onu bişirərkən müxtəlif yollarla daha dadlı etmək mümkündür.

Həmin üsullardan biri də sarımsaqdır. Belə ki, makaronu qaynadarkən onun suyuna 1-2 dilim sarımsaq ata bilərsiniz. Bunu etməyin bir çox faydası mövcuddur. Sarımsaq makarona olduqca gözəl ləzzət verəcək. 

Üstəlik, sarımsağın antioksidantlar və bioloji aktiv birləşmələrlə zəngin qida olduğunu da nəzərə almaq lazımdır. Sarımsaq həm də immunitet sistemini gücləndirir, qan təzyiqini aşağı salır, xolesterolu azaldır və hətta sizi bəzi xərçəng növlərindən qoruya bilər. Buna görə də yeməklərə sarımsaq əlavə etmək sağlamlıq üçün olduqca faydalıdır.

Pərviz

0