Dədə-babadan sirkənin çox faydalı olması barədə eşitmişik.
Sirkə qan damarlarını təmizləyir, təzyiqi aşağı salır, bağırsaqlardakı virusları məhv edir və arıqladır.
Bəs sirkəni necə düzgün istifadə etmək lazımdır?
Hit.az-a açıqlama verən fitoterapevt Yasəmən Əliyeva bildirib ki, çox insan sirkəni açqarına suya bir qaşıq əlavə edərək, istifadə edir:
“Bu doğru deyil. Sirkə sürətli həzmə kömək edir. Onu yeməkdən sonra istifadə etmək lazımdır. Yeməyə başlamazdan öncə bir tikə çörəyi sirkəyə batırıb yeyin. Bu bağırsaqlardakı bütün zərərli maddələri məhv edəcək. Yeməkdən sonra istifadə edilən sirkəli su yağları parçalayır və arıqlamağa kömək edir. Ən faydalı sirkə isə evdə hazırlanmış alma sirkəsidir. Son zamanlar alma sirkəsi deyə sirkələr satışa çıxarılıb. Bu bir neçə alma növündən hazırlanaraq , sonda içərisinə arı südü, çiçək tozları, sarıkök, darçın kimi təbii əlavələr edilmiş sirkədir. Qiyməti baha olsa da daha faydalı hesab olunur” -deyə həkim bildirib.
Murad