Hansı qarpız yeyilməlidir?

SAĞLAMLIQ
20:07 / 12.07.2024
345

İsti yay günlərində bədənin su ehtiyacını qarşılayan qarpızın 92 faizi sudan ibarətdir.

Qarpız ürək-damar xəstəlikləri, iltihab əleyhinə, həzm sistemi, dəri və böyrək xəstəlikləri zamanı da effektiv təsir göstərir.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə və saplağına fikir verilməlidir. Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır:

 "Üzərindəki sarı ləkələr isə onun torpaqla təmasda olduğu yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın yetişməsinin, rənginin mat və solğunluğu isə köhnəliyinin əlaməti hesab edilir. Yaşıl rəngli saplaqlar qarpızın tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı quru, rəngi isə dəyişik olur. Ölçüsü nə kiçik, nə də böyük olmamalı, orta ölçüdə qarpız seçilməli və ələ aldıqda ağır gəlməlidir. Oval qarpız sulu, yumru qarpız isə şirin olur. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır. Günəş altında və yol kənarlarında satılan qarpızların alınması tövsiyə edilmir. Yerdən 20 santimetr hündürlükdə olan piştaxtaların üzərində satılan qarpızlara üstünlük verilməlidir. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir" 

Sevinc

0