Bəzi insanlar fəsil dəyişməsinə fərqli reaksiya verə bilirlər.
Daha doğrusu, onların orqanizmi buna allergik reaksiya göstərir. Yəni fəsil dəyişən zaman şəxsin bədənində səpkilər əmələ gəlir. Bu, daha çox yaz-yay aylarının gəlməsi zamanı özünü göstərir.
Buna səbəb nədir və xilas yolu nədir?
Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Hit.az-a açıqlama verib. O bildirib ki, bu, konkret xəstəlik və ya simptom deyil:
"Sadəcə olaraq, bəzi şəxslərdə baş verə bilər. Ümumiyyətlə, bəzi adamlarda müxtəlif allergik reaksiyaların olması mümkündür. Adətən bu, bütün fəsil dəyişkənliyində baş vermir. Amma yaz fəslinə keçərkən hansısa şəxslərin bədənində allergik problemlər və hormonal dəyişiklər ola bilər.
Bununla bağlı bəzi şəxslərdə müəyyən səpkilər və ya digər simptomların müşahidə olunması mümkündür. Lakin buna bəzi şəxslərdə rast gəlindiyi üçün onun ümumi səbəbi, profilaktikası və müalicəsi yoxdur. Hər birinə fərdi şəkildə yanaşılmalıdır".
Pərviz