Hansı pəhriz stressi azaldır?

SAĞLAMLIQ
22:55 / 09.08.2024
339

Binghamton Universitetinin alimləri müəyyən ediblər ki, Aralıq dənizi pəhrizinə riayət etmək psixikanı gücləndirir və stress səviyyəsini azaltmağa kömək edir. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri Qidalanma və Sağlamlıq jurnalında dərc olunub.

Tədqiqatda 1500 insan iştirak edib. Alimlər xüsusi psixoloji anketlərdən istifadə edərək iştirakçıların qida rasionunu diqqətlə öyrənib və onların yaşadıqları stress səviyyələrini qiymətləndiriblər. Əldə edilən məlumatlar daha sonra maşın öyrənmə modelindən istifadə edərək təhlil edilib. Məlum olub ki, Aralıq dənizi pəhrizi prinsipləri ilə qidalanan insanlarda stress səviyyəsi daha aşağı olub.

Tədqiqatçılar qeyd ediblər ki, Aralıq dənizi pəhrizinə sağlam yağlar (zeytun yağı, qoz-fındıq, balıq, pendir), tərəvəz və meyvələrdə olan antioksidantlar (hüceyrələri zədələnmədən qoruyan molekullar), zülal və lif daxildir.

Nəticələr həmçinin göstərib ki, çoxlu şirin, duzlu və yağlı qidalar qəbul edən “Qərb” pəhrizinin tərəfdarları yüksək psixo-emosional stressdən şikayətlənirlər.

Samir
 

0