Yaz fəslində orqanizmdə mövsüm dəyişikliyi ilə əlaqədar olaraq, bir sıra problemlər yaranır.
Bunlardan biri də saçın sürətli tökülməsidir.
Trixoloq həkim Aytəkin İsmayılova Hit.az-a deyib ki, yazda çıxan saçların növbəti fəsildə tökülməsi normal haldır, çünki həmin fəsildə saçlar vitamin çatışmazlığı yaşayır, günəş işığı görmür, orqanizm vitaminozdan əziyyət çəkir, meyvə-tərəvəzlə qidalanmır:
“İldə iki dəfə saçların fizioloji tökülməsi normal hal sayılır. Bu tökülmə yaz və payız aylarında daha çox özünü büruzə verir. Saçlar getdikcə daha sürətlə tökülürsə, mütləq həkim-trixoloqa müraciət olunmalıdır, çünki saçların tökülməsinin səbəbi hər hansı bir daxili orqanın xəstəliyi də ola bilər. Bunun qarşısını almaq üçün, ilk növbədə, yaz və payız aylarında saçlara daha çox diqqət artırmaq lazımdır. Daxili orqanlarda çatışmazlıq varsa, mütləq bunu həll etmək lazımdır. Buna ehtiyac olmadıqda medikamentoz müalicə edilməlidir.Yazda saç tökülməsi ən çox qadınlarda müşayiət olunur. Xanımlar müxtəlif maskalardan istifadə etməklə həmin problemin öhdəsindən gələ bilərlər”.
Sevinc