Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb

MƏDƏNİYYƏT
13:16 / 13.10.2021
1206

Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb.

Bunu "Report"a açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev deyib.

O bildirib ki, hazırda Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alan 83 yaşlı xanəndənin səhhətindəki problemlər tərdicən aradan qaldırılır: "Müalicəsi davam edir. Həkimlər deyir ki, bir neçə günə xəstəxanadan evə buraxılacaq".

0