“Azərbaycanın bütövlüyündə alınmaz qalaya çevrilən Laçının MDB ölkələrinin mədəniyyət paytaxtı seçilməsi ölkəmizin növbəti qələbəsidir. Laçın sivilizasiya və mədəniyyət beşiyi sayılır”.
Bu sözləri Hit.az-a kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, Laçının Azərbaycanın yaşayış məskəni olaraq, MDB-nin mədəniyyət paytaxtı seçilməsi ölkəmizin siyasi uğurudur:
“Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusu alması çöx önəmli hadisədir. Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi Ermənistanın beynəlxalq arenada növbəti məğlubiyyətidir. Laçının MDB-nin mədəniyyət paytaxtı statusu alması iqtisadi baxımdan da əhəmiyyətlidir. Belə ki, bu şəhərə turistlərin marağı artacaq və ora səfər edəcək əcnəbilərin sayı artacaq”.
Xatırladaq ki, Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq. Bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə danışıb.
Sevinc