“Bakının qızları” mahnısının ifaçısı vəfat etdi (VİDEO)

MƏDƏNİYYƏT
13:31 / 07.05.2020
2781

60-cı illərin məşhur estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.

Hit.Az bildirir ki, bu barədə Kulis.az-a sənətkarın yaxınları məlumat verib.

60-80-ci illər estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi C.Əliyev 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi teleradionun estrada orkestrinin, Rusiyada məşhur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.

Yaddaşlarda Oqtay Kazıminin “Bakının qızları” mahnısı ilə qalmış C.Əliyev səhnədə çox az müddətdə parlayıb.

 

16