Damlanın ən sevilən mahnıları - TOP-10

MAQAZİN
15:06 / 14.10.2024
69

Son illərdə Azərbaycan mahnılarını dinləyənlərin sayında artım var.

Hit.az bildirir ki, istər trendlərdə, istərsə də getdiyimiz məkanlarda öz mahnılarımıza daha çox rast gəlirik.

Təbii ki, bunda son zamanlarda hər mahnısı populyar olan müğənnilərin də kifayət qədər rolu var. Onlardan biri də Damladır. Belə ki, Damla son illərin ən çox dinlənilən yerli müğənnilərindən biridir. 

Onun sevənlərinin, fanatlarının sayı kifayət qədər yüksəkdir. Xanım sənətçinin getdiyi məkanlarda da necə izdihamla qarşılanması ona olan böyük sevgini nümayiş etdirir.

Bəs Damlanın ən sevilən mahnıları hansılardır?

Hit.az Damlanın ən sevilən mahnılarından ibarət onluğu təqdim edir:

1. "Bu yaxınlarda" 
2. "Bu bahar" 
3. "Vur komandir" 
4. "Sənsizəm" 
5. "Get" 
6. "Mən razı" 
7. "Vur ürəyimdən" 
8. "Bilirmisən" 
9. "Hələ də" 
10. "Can dostum" 

Pərviz

0