Daha öncə bilmədiyiniz faktlar

MARAQLI
18:30 / 28.11.2023
626

Yeni məlumatlar öyrəndiyimiz rubrikaya davam edirik. 

Bu dəfə də bir-birindən qəribə məlumatları sizin üçün bir araya gətirmişik. Yenə də müxtəlif sahələrə aid ən maraqlı faktlarla tanış olacaqsınız. 

Elə isə başlayaq... 

"HİT Məlumatlar" qeyri-adi faktları təqdim edir:

1. Fransanın paytaxtı Parisin simvoluna çevrilən Eyfel qülləsi ilə başlayırıq. Onun zirvəsinə çatmaq da xeyli əziyyət tələb edir. Belə ki, Eyfel qülləsinin zirvəsinə çatmaq üçün 1792 pillə qalxmalısınız. 
2. Hər bir canlının və ya əşyanın çəkisini maraqla təqib edirik. Bəs yaşadığımız dünyanın çəkisi sizə maraqlı deyil? Deməli, Yerin çəkisi təxminən 6.588.000.000.000.000.000.000.000 tondur. 
3. Bir çox insan işıqforda gözləməyi sevmir. Amma həyatımızı qorumaq və hərəkətin təhlükəsizliyinə əməl etmək üçün buna riayət etməliyik. Alimlər də bununla bağlı maraqlı araşdırma aparıblar. Məlum olub ki, orta hesabla insan ömrünün iki həftəsini işıqforun yaşıl işığının yanmasını gözləməklə keçirir.
4. Bildiyiniz kimi toyuq uça bilməyən quşlar siyahısına daxildir. Uçsalar da bu həddindən artıq qısa çəkir. Hətta toyuğun qeydə alınmış ən uzun uçuş müddəti məhz 13 saniyədir. 
5. Uçmaq demişkən, bəs kəpənəklərin nə qədər uça bildiyini fikirləşmisiniz? Alimlər kəpənəklərin təqribən 4800 km uçduğunun şahidi olublar.
6. Hər bir canlı qulağı ilə eşidir. Qulaq isə baş nayihəsində olur, elə deyilmi? Amma bəzi canlıların qulaqları fərqli yerlərdə də ola bilir. Məsələn, çəyirtkələr arxa ayaqlarındakı deşiklərdən eşidirlər. 
7. Bəzi insanlar qeyri-adi olur. Dünya ulduzu Merilin Monro da belə idi. Çünki onun ayaqlarında altı barmağı var idi. 
8. Rusiya dünyanın ən böyük ərazisinə sahib ölkəsidir. Amma böyük hissəsi meşələrdən ibarətdir. Daha doğrusu, Rusiyanın dörddə biri meşələrlə örtülüdür.
9. ABŞ-ın elə ştatları var ki, olduqca böyükdür. Məsələn, Florida ştatı İngiltərədən böyükdür. 
10. Hər bir kəs öz ölkəsinin himnini əzbər bilməlidir. Amma yunanlar üçün bu, olduqca çətindir. Ona görə ki, Yunanıstanın dövlət himni 158 dördlükdən ibarətdir. Ölkədə bütün himni əzbər bilən yoxdur.

Pərviz

0