Ötən dəfə şizofreniyanın əlamətlərinə nəzər saldıq.
Bu dəfə isə şizofreniyanın yaranma səbəblərinə və müalicə metodlarına baxacağıq.
Əslində şizofreniyanın dəqiq səbəbi tam olaraq bilinmir. Buna baxmayaraq, genlərin və ətraf mühitin birləşməsinin sözügedən xəstəliyə səbəb olduğu deyilir.
Şizofreniya xroniki xəstəlikdir, amma müalicə ilə onu idarə etmək mümkündür. Xəstələr müalicəyə riayət etsələr və sağlam həyat tərzi sürsələr, bundan xilas ola bilərlər. Onu da nəzərə almaq lazımdır ki, xəstəyə erkən diaqnoz qoyulması da olduqca vacibdir.
Ümumiyyətlə, şizofreniyanın yaranmasının əsas səbəbləri nələrdir?
Hit.az sözügedən səbəbləri təqdim edir edir:
1. Genetik faktorlar:
İlk olaraq genetik faktorları qeyd etmək lazımdır. Bəzən insanın genləri şizofreniyanın inkişaf riskini artıra bilir. Ailəsində şizofreniya xəstəliyi ilə üzləşən şəxsdə bu risk olduqca yüksəkdir.
2. Beyin infeksiyaları:
Təəssüf ki, beyin infeksiyaları da bu xəstəliyə yoluxma riskini artırır.
3. Ziyanlı vərdişlər:
Spirtli içki və narkotik maddə qəbulu da şizofreniyaya səbəb ola bilir.
4. Ətraf mühit faktorları:
Şizofreniyaya yoluxma riskini artıran bir sıra ətraf mühit faktorları var. Bu amillərə aşağıdakı bəndlərdə baxa bilərsiniz.
5. Doğuş zamanı şizofreniyanın yaranma riski:
Doğuş zamanı oksigen çatışmazlığı və ya hamiləlik zamanı ananın infeksiyası kimi prenatal ağırlaşmalar şizofreniya riskini artıra bilər.
6. Uşaqlıq travması:
İnsanların erkən yaşlarda yaşadıqları istismar və ya şiddətə məruz qalmaları da gələcəkdə şizofreniyaya gətirib çıxara bilir.
Bəs şizofreniyanın müalicəsi necə aparılmalıdır?
1. Dərmanlardan istifadə etmək:
Şizofreniyanın müalicəsinin əsasını dərmanlar təşkil etdiyini unutmaq olmaz. Simptomları nəzarət altında saxlamaq üçün dərmanların müntəzəm istifadəsi çox vacibdir. Şizofreniyanın müalicəsində istifadə olunan dərmanlara isə antipsikotiklər deyilir. Sözügedən dərmanlar beyində dopamin adlı kimyəvi maddənin təsirini azaltmaqla simptomları idarə etməyə kömək edir.
2. Psixoloji dəstək
Müalicə zamanı psixoloji dəstək almaq tövsiyə olunur.
3. Ailə dəstəyi:
Sözügedən periodda ailənin şəxsə tam dəstək olması tələb olunur. Ailə dəstəyi bu xəstəliklə mübarizədə çox vacibdir.
4. Stresslə mübarizə:
Müalicə zamanı streslə mübarizə aparmaq, əsəbdən uzaq olmaq lazımdır. Çünki stress şizofreniya əlamətlərini tətikləyə və ya şiddətləndirə bilər. Xəstələr isə stressi idarə etməyi öyrənməlidirlər.
5. Sağlam həyat tərzi:
Sağlam həyat tərzi yaşamaq da müalicə zamanı əsas tələblər sırasındadır. Sağlam pəhriz, müntəzəm məşq və kifayət qədər yuxu xəstələrə ümumi sağlamlıqlarını və rifahlarını yaxşılaşdırmağa kömək edə bilər.
Pərviz