Bu gün tarixin vərəqlərində 5 iyundayıq.
Hit.az bildirir ki, bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunur.
Həmçinin, Danimarkada Atalar Günüdür. Beləliklə, 5 iyunda ölkə və dünyada baş verən mühüm prosesləri, bu tarixdə doğulanları, habelə vəfat edənləri xatırlayırıq...
5 iyunda baş verənlər:
1967-ci ildə İsraillə ərəb ölkələri arasında 6 günlük müharibə başlayıb. 1968-ci ildə ABŞ prezidentliyinə namizəd Robert Kennedi tərəfindən öldürülüb. 1992-ci ildə Azərbaycan, Bolqarıstan, Norveç və Portuqaliya arasında diplomatik əlaqələr qurulub. 2005-ci ildə İsrafil Aşurlı Şimali Amerikanın ən yüksək dağı olan Denaliyə çıxan ilk azərbaycanlı olub.
5 iyunda doğulanlar:
1973-cü ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Cavanşir Rəhimov, 1908-ci ildə şair Mikayıl Müşfiq, 1939-cu ildə Xalq şairi Vaqif Səmədoğlu, 1941-ci ildə Əməkdar artist Hamlet Xanızadə, 1949-cu ildə Xalq yazıçısı Natiq Rəsulzadə və 1990-cu ildə voleybolçu Polina Rəhimova dünyaya gəlib.
Dünyada isə 1935-ci ildə gürcü aktyor Kaxi Kavsadze, 1954-cü ildə türkiyəli aktyor Haluk Bilginer, 1971-ci ildə amerikalı aktyor Mark Uolberq və 1984-cü ildə türkiyəli müğənni Yusuf Güney doğulub.
5 iyunda vəfat edənlər:
1970-ci ildə heyvandar, Sosialist Əməyi Qəhrəmanı Şükür Əhmədov, 1994-cü ildə şair İsmixan Didərgin, 1982-ci ildə Gürcüstan dövlət xadimi Zurab Pataridze, 2004-cü ildə ABŞ-nin 40-cı prezidenti Ronald Reyqan, 2012-ci ildə amerikalı yazıçı Rey Bredberi, 2015-ci ildə İraq dövlət xadimi Tariq Əziz və 2016-cı ildə rus aktyor Aleksey Jarkov dünyasını dəyişib.
Pərviz

