Məşqdən dərhal sonra su içmək olar?

SAĞLAMLIQ
13:25 / 21.08.2024
417

İdman etdikdən sonra su içməklə müxtəlif bağlı fikir ayrılıqları var. 

Belə ki, bir çoxları idman edərkən və ya idmandan dərhal sonrası su içməyi normal hesab edirlər. Bəzi ekspertlər isə istər idman zamanı, istərsə də məşqdən dərhal sonra su içməyin orqanizm üçün zərərli olduğunu deyirlər.

Bəs nə etmək lazımdır? İdman edərkən və ya məşqdən dərhal sonra su içmək olar?

Mövzu ilə bağlı qida məsələləri üzrə eksperti İlkin Şirinov Hit.az-a açıqlama verib. O bildirib ki, sudan istifadə hava qədər vacibdir:

356409
"Əslində, müəyyən məşqlər zamanı bədəndə itirilən su ehtiyatını yenidən bərpa etmək lazımdır. Buna görə idman edərkən və ya sonra sudan istifadə arta bilər. Əgər məşq zamanı bədən həddindən artıq su itirsə, onu bərpa etmək üçün fərdi qaydada sudan istifadənin intensivləşməsi mümkündür".

Lakin ekspert qeyd edib ki, keyfiyyətli su içmək lazımdır:

"Hər bir şəxs istifadə etdiyi suyun keyfiyyətindən əmin olmalıdır. Yəni su seçimində diqqətli olmaq lazımdır. Kimyəvi və digər üsullarla təmizlənmiş deyil, təbii bulaq suyundan istifadə etmək faydalıdır".

Pərviz

0