2023-cü ildə dəbdəbəli tətil üçün dünyanın ən yaxşı 10 istiqaməti - SİYAHI

23:10 / 08.06.2023
542

Avropa ölkələri 2023-cü ildə dəbdəbəli tətil üçün dünyanın ən yaxşı istiqamətlərinin yeni reytinqində liderlər sırasında olub.

HİT.az "SchengenVisaInfo"ya istinadən xəbər verir ki, bunu "Conde Nast Johansens" səyahət bələdçisi tərəfindən bu il turistlərin vərdişləri ilə bağlı apardığı son araşdırmanın məlumatları sübut edir.

2023-cü ildə dəbdəbəli tətil üçün dünyanın ən yaxşı 10 istiqaməti

1. Böyük Britaniya
2. Yunanıstan
3. İtaliya
4. İspaniya
5. Portuqaliya
6. Fransa
7. İrlandiya
8. Xorvatiya
9. ABŞ
10. Karib hövzəsi

Eyni zamanda vurğulanır ki, sorğuda iştirak edən səyahətçilərin ən azı 38%-i hər bir tətil dövrü üçün adambaşına 8 min avrodan çox pul xərcləmək niyyətində olduqlarını bildiriblər. Belə turistlərin əksəriyyəti 55 yaşdan yuxarı insanlardır.

Respondentlərin əksəriyyəti sentyabr ayına, daha sonra may və iyun aylarına tətil planlaşdırdıqlarını bildiriblər. Respondentlərin 53%-i üçün səfərlərin orta müddəti 7-10 gündür.

Bu yayda kənd yerləri ilə yanaşı, dağlıq istiqamətlərə üstünlük verilir. Respondentlərin əksəriyyəti çimərlik istiqamətlərini uzun müddət qalmalar üçün, şəhər istiqamətləri isə qısamüddətli səfərlər üçün nəzərdə tutur.

Samir

0