Dünyanın fərqli ölkələrində yaşayan insanlar müxtəlif dillərdə danışırlar.
Ən çox istifadə olunan dillər sayəsində insanlar fərqli ölkələrin tarixini, mədəniyyəti və həyatını daha yaxından öyrənmək fürsəti əldə edirlər. Yəni dil mədəniyyətlər arasındakı ən önəmli vasitələrdən biri, bəlkə də birincisi hesab olunur. Əlbəttə ki, ölkələrin dillərinin daha çox xarici insanlar tərəfindən öyrənilməsi, bu dilə marağın olması çox böyük üstünlük kimi dəyərləndirilir. Hazırda dünyanın əsas qlobal dili ingilis dili olsa da, ən çox danışılan dillər sırasında birinci sırada deyil. Bu isə əlbəttə ki, olduqca maraqlı bir məqamdır.
Ümumiyyətlə, dünyada ən çox danışılan dillər hansılardır?
HİT.az dünyanın ən çox danışılan dillərinin siyahısını təqdim edir:
1. Çin dili
2. İngilis dili
3. İspan dili
4. Hind dili
5. Ərəb dili
6. Rus dili
7. Malay dili
8. Benqal dili
9. Portuğal dili
10. Fransız dili
Qeyd edək ki, bu siyahı UNESCO-nun 2023-cü il statistikaları əsasında hazırlanıb.
Pərviz