Əməkdar artist yeni rolda

13:52 / 20.06.2023
668

Əməkdar artist Füzuli Hüseynov yeni rola dəvət alıb.

Bu barədə Hit.az-a açıqlamasında aktyorun özü məlumat verib. 

Aktyor bildirib ki, tamaşaçılar onu yeni teatr mövsümündə Akademik Milli Dram Teatrının səhnəsində “Sənsiz” tamaşasında görəcək.

Yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurbanovun “Sənsiz” əsəri əsasında hazırlanan bu tamaşa Xalq artisti, görkəmli teatr rejissoru Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunacaq.

Nihad Qulamzadənin quruluşunda təqdim olunacaq tamaşada Füzuli Hüseynov  Xalq artisti Mehriban Zəki ilə tərəf müqabili olacaq.

Azra

0