“Google” 4 milyon rubl cərimələndi

TEXNO
20:42 / 17.08.2021
2275

Moskvada baş tutan məhkəmədə Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) “Google” şirkətinə qarşı iddiasına baxılıb.

HİT.az xəbər veir ki, məhkəmə Rusiyada qadağan edilmiş məzmuna “Google” vasitəsilə daxil olunduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib.

Məhkəmə “Google” şirkətini 4 milyon rubl cərimə edib.

“Google” ötən ay Rusiyada oxşar pozuntulara görə ümumilikdə 12,5 milyon rubl cərimələnib.

0